Qərargah polkovniki Gökçen Fırat Dəniz Qüvvələri Komandanlığında admiral rütbəsi alıb.
AzerTimes xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanan Ali Hərbi Şuranın qərarında qeyd edilib.
Qərarla Hərbi Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki Gökçen Fırat admiral rütbəsinə yüksəlib.
Bununla da Gökçen Fırat Türkiyə Silahlı Qüvvələrinin ilk qadın admiralı olub.