Türkiyə ordusu İraqın şimalında Pəncə-Kilid bölgəsində yeni əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorçuların ərazidəki bütün sığınacaqları dağıdılacaq, şəhidlərin qanı yerdə qalmayacaq. Mübarizəmiz əzm və qətiyyətlə davam edəcək”, – Türkiyə MMN qeyd edib.