Türkiyə ordusu İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda 57 terrorçu məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Şəhidlərimizin qanı geridə qalmayıb və qalmayacaq. Qəhrəman əsgərlərimiz ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödəməyə davam edir. Əməliyyatlarımız qətiyyətlə davam edir”, – məlumatda bildirilib.