Türkiyə ordusu Suriyanın şimal-şərqindəki Haseke vilayətinin Qamışlı bölgəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) bir neçə hədəfini bombalayıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli mənbə RİA Novosti-yə bildirib.
“Türkiyə döyüş təyyarələri və pilotsuz təyyarələri Qamışlının şimalında dəmir yolu stansiyası və elektrik stansiyası ərazisində SDQ-nin mövqelərini davamlı olaraq bombalayır”, – mənbə bildirib.
Onun sözlərinə görə, Türkiyə artilleriyası SDQ-yə məxsus maşınlarını, həmçinin bu hərəkatla əlaqəli nazirliklərdən birinin binasını hədəf alıb.