Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pəncə-Kilid” antiterror əməliyyatı uğurla davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə-Kilid” əməliyyat bölgəsində yerləri müəyyənləşən daha 3 PKK üzvü zərərsizləşdirilib. Bununla da bölgədə zərərsizləşdirilən terrorçuların sayı 220-yə yüksəlib”, – məlumatda bildirilib.