Suriyada PKK/YPG terror dəhlizini parçalamaq və Türkiyə Silahlı Qüvvələrinin yaratdığı təhlükəsizlik bölgələrinin birləşdirilməsi üçün hərbi əməliyyat gündəmdədir. Əməliyyatın Donald Trampın andiçmə mərasiminə kimi başlaması gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə türkiyəli hərbi ekspert Ünal Atabəy danışıb.
“Suriyanın şimalına qarşı əməliyyat uzun müddətdir müzakirə olunur. Bununla belə, əlverişli beynəlxalq şəraitin yaranması gözlənilirdi. Xarici siyasət, regional və qlobal konyuktura uyğun görünür. Burada PKK-nın varlığına imkan verilməməsi Türkiyənin təhlükəsizliyi baxımından son dərəcə vacibdir. PKK/YPG dəhlizinin yaranmasına imkan verilməyəcək. Və nəhayət, bunun qarşısı alınacaq. Orada PKK-nın varlığında heç bir azalma yoxdur. Hər gün ABŞ-ın dəstəyi ilə irəliləyiş əldə edirlər. Ancaq Donald Trampın yenidən hakimiyyətə gəlişi ilə ABŞ qoşunlarının Suriyadan çıxarılması gündəmdədir.
ABŞ-ın bölgədən geri çəkilməsi Türkiyənin lehinə olacaq. Bəlkə də ABŞ-Türkiyə münasibətlərində yeni anlaşmalar ola bilər”, – ekspert qeyd edib.