Türk ölkəsində pritonlar bağlandı: məmurlara hədə…

Türk ölkəsində pritonlar bağlandı: məmurlara hədə…

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçibek Taşiyev intim xidmət göstərən bütün növ obyektlərin bağlanması barədə göstəriş verib.

AzerTimes xəbər verir ki, bu barədə Komitənin press-relizində qeyd olunub.

Bildirilib ki, vətəndaşlara intim xidmət göstərən əyləncə müəssisələrinin, hamam, sauna, əxlaqsızlıq yuvalarının qanunsuz fəaliyyətinin təşkili bu gündən (1 dekabr 2023-cü il) qadağan edilir.

Təlimata əməl etməyənlərin işdən çıxarılacağı xəbərdarlığı da edilib. Taşiyev bu cür qurumların xidmətindən istifadə edən deputatların və məmurların adlarını açıqlayacağına söz verib.

Qeyd edək ki, Qırğızıstanda intim xidmət göstərən qurumların fəaliyyəti qanunla rəsmən qadağan edilib. Milli Təhlükəsizlik Komitəsi sədrinin əmri bu qanun kontekstində verilib.

Teqlər: