Qazaxıstan Senatı məktəblərdə dərs zamanı mobil telefondan istifadəyə qadağa qoyulmasını təklif edən qanunu təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Senatın saytında məlumat yerləşdirilib.
Qanun orta təhsil müəssisələrində mobil rabitə vasitəsindən istifadə qaydalarının təsdiq edilməsini, zorakılığı təşviq edən, intihara sövq edən və ya dini xarakter daşıyan məlumatların təhsil müəssisələrində yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini nəzərdə tutur.