Türk ölkəsində çevriliş cəhdi: nazir müavini həbs edildi

Türk ölkəsində çevriliş cəhdi: nazir müavini həbs edildi

Türkmənistanda bir neçə gündür kütləvi internet blokadası var idi. İndi bəlli olur ki, məqsəd silahlı dövlət çevrilişi ilə bağlı məlumatları gizlətmək imiş.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Turab Rzayev bildirib.

Onun sözlərinə görə, Aşqabadda 20-yə yaxın şəxs həbs edilib:

“Dövlət çevrilişinin təşkilatçısı kimi keçmiş kənd təsərrüfatı naziri Payzıgəldi Meredovun oğlu Batır Meredovun adı çəkilir. Ata Meredov 2013-cü ildə vəfat edib. Eyni zamanda, Türkmənistan daxili işlər nazirinin müavini Əhməd Xocatov da həbs edilənlər arasındadır.

Məlumata görə, çevrilişçilər Türkmənistana yük maşınları ilə fərqli növlərdə silahlar gətiriblər”.

Teqlər: