Türk ölkələri arasında səhiyyə, müdafiə, təhsil və energetika da daxil olmaqla, bir çox sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, Ankara Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün addımlara böyük önəm verir:
“Fevral zəlzələlərindən sonra türk ölkələrindəki qardaşlarımızın türk xalqı ilə göstərdiyi həmrəyliyi Türkiyə hər zaman xatırlayacaq. Əminəm ki, qardaşlıq ruhunu qoruyub saxlamaqla biz daha böyük uğurlara imza atacağıq”.