Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əslində də
qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə dalğalanan
ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin
mənsublarıyıq.
AzerTimes xəbər verir
ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Festivalında çıxışı
zamanı bildirib.
Türkiyə Prezidenti deyib: “Eynilə Anadolu kimi, bura bizim də
torpağımızdır. Eynilə Türkiyə kimi, bura bizim də Vətənimizdir.
Eynilə doğulduğumuz yerlər kimi, bura bizim də öz yurdumuzdur. Eyni
ilə Türkiyənin hər bir qarışı da sizlərin Vətəninizdir,
yurdunuzdur”.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türk millətinin qəlbindəki
Azərbaycan sevgisini heç kim çıxarıb ata bilməz. İki qardaşı heç
bir məsafə ayıra bilməz, könüllərimiz arasında kimsə sərhəd çəkə
bilməz.