Türk məşhurlar səhnədə İrana görə saçını kəsdi – Videolar

Türk məşhurlar səhnədə İrana görə saçını kəsdi – Videolar

İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyalarına Türkiyədən bir neçə sənətçinin də dəstək verməsi sosial şəbəkələrdə bunun böyük kampaniyaya çevrilməsinə səbəb olub.

Kult.az xatırladır verir ki, bir sıra türkiyəli sənətçi səhnədə konsert verərəkən, İrandakı etirazçılara dəstək olaraq saçlarını kəsiblər. Məsələn, müğənnilər Hande Yener, Mələk Mosso bu addımı atıb.

Bundan başqa, məşhur fransız aktrisası Julyet Binoş da saçlarını kəsərək, sosial şəbəkə hesabında paylaşıb.
İsveçli qadın deputat Abir əs-Səhlani isə Avropa Parlamentinin tribunasında saçlarını kəsib.

Məşhurların son bir həftədə atdıqları bu addımlar sosial şəbəkə başlayan dəstək aksiyasını daha da genişləndirib.

Hazırda xüsusilə İnstaqram sosial şəbəkəsində dünyanın müxtəlif yerlərindən fəal ictimai qadınlar kütləvi şəkildə saçlarını kəsməklə İranda Əmininin qətlinə etiraz və aksiyaçılara dəstək verirlər.

Teqlər: