Qardaş ölkənin paytaxtı Bakıda köhnə avtomobilə yüklənmiş yorğanların fotosu paylaşma rekordu qırdı. Türkiyənin köməyinə yenə ilk qaçan ölkə dost və qardaş Azərbaycan oldu.
AzerTimes xəbər verir ki, bu barədə TRT-nin saytında bildirilib.
“Azərbaycanın xilasetmə dəstələri ilə yanaşı, Azərbaycan vətəndaşları da Türkiyəyə yardım üçün səfərbər olub.
Xüsusilə, sosial mediada paylaşma rekordı qıran bu fotoşəkil birlik və bərabərliyin simvoluna çevrildi”, – deyə qeyd edilib.