Türk lirəsi Moskva birjasında ticarət həcminə görə ən populyar valyutalardan birinə çevrilib.
AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Məlumata görə, bu hesab vahidi ötən həftə 2,4 milyard rubldan çox dövriyyə ilə ilk 5-liyə daxil olub. Bu, əvvəlki həftələrin nəticəsi ilə müqayisədə 60% çoxdur:
“Bu artımın əsas səbəblərindən biri digər aparıcı xarici valyutaların, o cümlədən dollar və avronun iştirakı ilə keçirilən hərracların həcminin azalmasıdır”.