Almaniyanın Ankaradakı səfiri Yurgen Şults Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Ştutqartdakı baş konsulunun avtomobilinin yandırılması ilə bağlı səfir XİN-ə çağırılıb.
Türkiyə diplomatik missiyalarına və digər nümayəndəliklərinə qarşı hücumların artmaqda olan tendensiyasını xatırladan Xarici İşlər Nazirliyi günahkarların məsuliyyətə cəlb ediləcəyinə və dəymiş ziyanın diplomatik qaydalara uyğun olaraq ödənilməsinə ümid etdiyini bildirib.
Şultsla görüşdə nazirlik həmçinin Almaniyanın Türkiyə diplomatik nümayəndəliklərinə verdiyi təhlükəsizliyin yenidən dəyərləndirilməsini istəyib.