Türk hərbçilərinə hücum: yaralılar var

Türk hərbçilərinə hücum: yaralılar var

Suriyanın şimalında PKK/YPG terror təşkilatının yaraqlıları Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalara hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 4 nəfər yaralanıb. Qeyd olunub ki, hücumlar “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgələrində baş verib.

“Təsbit edilən hədəflərə artıqlaması ilə cavab verilir”, – Türkiyənin müdafiə qurumu bildirilib.

Teqlər: