Türk Hava Yolları Ukrayna və Moldovaya uçuşların dayandırılma müddətini uzadıb

“Türk Hava Yolları” (THY) aviaşirkəti Belarusa martın 31-dək,
Ukrayna, Moldova və Rusiyanın Soçi və Rostov şəhərlərinə isə
aprelin 10-dək uçuşları dayandırdığını açıqlayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə aviaşirkətdən bildiriblər.

“Ukraynaya/Ukraynadan uçuşlarımız 10 aprel 2022-ci il
tarixinədək (daxil olmaqla) ləğv edilib. 10 aprel 2022-ci il
tarixinədək (daxil olmaqla) Moldovaya/Moldovadan uçuşlarımız ləğv
edilib. 31 mart 2022-ci il tarixinədək (daxil olmaqla)
Belarusa/Belarusdan uçuşlarımız ləğv edilib. 10 aprel 2022-ci il
tarixinədək (daxil olmaqla) Rostovdan/Rostova uçuşlarımız ləğv
edilib. Soçidən/Soçiyə uçuşlarımız 10 aprel 2022-ci il tarixinədək
(daxil olmaqla) ləğv edilib.

Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı
sorğular üçün agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza daxil ola
və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə saxlaya
bilərsiniz”, – deyə açıqlamada bildirilir.