Türk Hava Yolları pilotların kabinənin içindən şəkil çəkdirib sosial mediada paylaşmasını qadağan edib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə THY Uçuş Əməliyyatları İdarəsi dünən açıqlama yayıb. Bundan sonra pilotlar kokpitdə və ya xaricində foto və ya şəkillər çəkə və paylaşa bilməyəcəklər. Bundan əlavə, kabinədə səs yazısı da qadağaya daxil edilib.
Qadağanın səbəbi çəkilən və paylaşılan foto və ya görüntülərin zaman-zaman sosial mediada müzakirələrə səbəb olması olub. Digər tərəfdən, pilotlar uçuş zamanı onların diqqətini cəlb edən və ya bildirilməsi lazım olan xarici hadisə ilə qarşılaşdıqda bu təcrübə qadağan edilməyəcək.