Türk Hava Yolları martın 18-dək Ukrayna və Moldovaya uçuşları dayandırıb

Türk Hava Yolları müvəqqəti olaraq Ukrayna və Moldovaya/dan
reysləri ləğv edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin aviaşirkətinin “Twitter” səhifəsində deyilir.

“18 mart 2022-ci il tarixinədək (daxil olmaqla) Ukrayna və
Moldovaya/dan uçuşlarımız ləğv edilir.


Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı
sorğular üçün agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza daxil ola
və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə saxlaya
bilərsiniz”, – deyə açıqlamada bildirilir.