Türk Hava Yolları gözləmə salonlarında İsrail məhsullarının satılmayacağını açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, salonlardan “Pepsi”, “Koka-Kola” və “Kappi” kimi içkilər yığışdırılıb.
Bu məhsulların təyyarələrdə müştərilərə təklif olunması ilə bağlı qərar hələ qəbul edilməyib.