Türk Hava Yolları (THY) aviaşirkəti İstanbul və Sabiha Gökçen
hava limanlarından sabaha planlaşdırılan 213 reysin əlverişsiz hava
şəraiti səbəbindən ləğv edildiyini açıqlayıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmətindən
bildirilib.
Məlumata əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul
hava limanından 179, “Sabiha Gökçen” hava limanından 34 reys
olmaqla ümumilikdə 213 reys təxirə salınıb.