“Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbul hava
limanlarından 279 reysi təxirə salıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidməti
bildirib.
Bildirilib ki, 13 mart 2022-ci il tarixində güclü qar yağması
səbəbindən İstanbul Hava Limanından 230, Sabiha Gökçen Hava
Limanından isə 49 aviaşirkətin reysi təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar
İstanbul və Sabiha Gökçen hava limanlarından 192 reys təxirə
salınıb.