“Türk Hava Yolları” Gəncə və Naxçıvana uçuşları bərpa edir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Türkiyənin “Türk Hava Yolları” şirkəti mayın 15-dən etibarən İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa etməyi planlaşdırır.

Bunu AzerTimes-a şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: