“Türk Hava Yolları” (THY) aviaşirkəti Qazaxıstanda baş verən son hadisələrdən sonra THY-nin uçuş heyətinin Almatıda qalan üzvlərini və digər hava yolu şirkətlərinin işçilərini Türkiyəyə gətirmək məqsədilə xüsusi səfər edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətdən açıqlama verilib.
Bildirilib ki, lazımi icazələrin alınmasından sonra bu gecə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək təyyarənin dekabrın 8-i günorta saatlarında İstanbul hava limanına qayıtması planlaşdırılır. Xüsusi reys vasitəsilə 75 nəfərin təxliyə edilməsi gözlənilir.
Qeyd edək ki, “Türk Hava yolları” aviaşirkəti yanvarın 9-na qədər Qazaxıstana olan bütün səfərləri təxirə salıb.