Türk futbolçu Azərbaycan millisinin oyunçusu olmaq istəmədi

Türk futbolçu Azərbaycan millisinin oyunçusu olmaq istəmədi

Almaniyanın “Darmstadt 98” klubunun türk futbolçusu Sərdar Dursun Azərbaycan millisinin transfer təklifini qəbul etməyib.

Ötən mövsüm 19 qol və 7 assistə imza atan perspektivli futbolçu bir sıra klubların və yığmaların diqqətini cəlb edib. O, Almaniya Bundesliqası və Türkiyə Super Liqasının bir neçə klubundan, həmçinin Çin və Azərbaycan millilərindən də təklif aldığını bildirib.

“Azərbaycan millisindən təklif aldım. Görüşdük. Milli komandalarında məni görmək istədiklərini söylədilər, ancaq mən Türkiyə yığmasında oynamaq istədiyimi bildirdim”,-deyə futbolçu qeyd edib.

Klublardan gələn təkliflərə gəlincə isə futbolçu hazırda karyerasını Bundesliqada davam etdirmək istədiyini bildirib.