Türkiyə hərbi kontingentinin Liviyada qalma müddəti daha 24 ay müddətinə uzadılıb.
AzerTimes xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisi (TBMM) səs çoxluğu ilə müvafiq qətnamə qəbul edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentə ölkənin silahlı qüvvələrinin Liviyaya göndərilməsi üçün verilən icazənin müddətinin uzadılması təklifi irəli sürmüşdü.