“Türk Dünyası” (Turkic.World) media platforması bir yaşını qeyd edir

Bu gün türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) bir yaşını qeyd edir.

AzerTimes-ın məlumatına görə, “Türk Dünyası” (Turkic.World) media
platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend Beynəlxalq İnformasiya
Agentliyi və Türkyənin “Albayrak” Media Qrupunun əməkdaşlığı
nəticəsində fəaliyyətə başlayıb.

Unikal rəqəmsal platformada qurulan bu layihə cəmi bir il ərzində
türkdilli ölkələrin qabaqcıl media qurumlarını bir araya gətirib.
Layihədə artıq Özbəkistanın “UzA” Milli İnformasiya Agentliyi,
Qazaxıstanın “Kazinform” Dövlət İnformasiya Agentliyi ,
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi və Türkmənistan
Xarici İşlər Nazirliyi iştirak edir. “Türk Dünyası” (Turkic.World)
media platforması Azərbaycan, türk, qırğız, türkmən, qazax, özbək
dillərində fəaliyyət göstərir. Eyni zamanda layihə iştirakçıları öz
xəbərlərini həm də ingilis və rus dillərində yayımlaya bilərlər.
Rəqəmsal platformanın mobil versiyası da mövcuddur.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevanın Azərbaycan mediasının inkişafına yönəlmiş səyləri
nəticəsində bu gün kütləvi informasiya vasitələri böyük inkişaf
yolu keçib. Azərbaycan mediasının müasir standartlara uyğun olaraq
inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyev və
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı
və diqqəti ilə mümkün olub. Azərbaycan mediasının yeni inkişaf
mərhələsinin məhsulu olan “Türk Dünyası” (Turkic.World) media
platforması keçən il İstanbulda keçirilən Türk Şurasının Media
forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları
Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes
Forumunun (International Business Forum (IBF)) rəsmi media
tərəfdaşı olub. Eyni zamanda Turkic.World “Teknofest 2022”
aerokosmik və texnologiya festivalının rəsmi media
tərəfdaşıdır.

Teqlər: