Mayın 24-də Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq
Sığorta Sammitinin zirvə toplantısında türkdilli ölkələrin
sığortaçılar birliklərindən ibarət Türk Dünyası Sığorta Birliyi
yaradılıb.
Trend-ə
Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə,
Türk Dünyası Sığorta Birliyinə Azərbaycanın, Türkiyənin,
Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın
sığortaçılar assosiasiyaları üzv olub.
Məlumatda qeyd olunur ki, dünyada ilk dəfə yaradılan belə bir
Birliyin başlıca məqsədi Birliyə üzv olan türkdilli ölkələrin
sığorta sektorlarının inkişafında güclərin və imkanların
birləşdirilməsi, üzv ölkələrin sığorta bazarları arasında kadr,
təcrübə və məlumat mübadiləsinin təmin edilməsi, eyni zamanda türk
dünyası sığorta sektoru üçün vahid sığorta hovuzunun yaradılması və
bazarlar arasında təkrarsığorta istiqamətlərinin formalaşdırılıb
inkişaf etdirilməsindən ibarətdir.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması fikri
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi
arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs nəticəsində
gerçəkləşib.
(Tərcümə: Orxan Nəbiyev)