Türk dövlətlərinin muaytay çempionatı keçiriləcək

Türk dövlətlərinin muaytay çempionatı keçiriləcək

Ötən il Türkiyə Muaytay Federasiyası (TMF) və Azərbaycan Muaytay-tayboks Federasiyası rəhbərləri arasında baş tutan danışıqlara əsasən, Türk Dövlətləri Muaytay Çempionatının təşkil edilməsi razılaşdırılıb.

AzerTimes xəbər verir ki, Azərbaycandan dəstək almaq üçün Türkiyə Gənclər və İdman Nazirliyinin baş katibi, TMF-in kuratoru Qorxmaz (Korkmaz) Atalay, TMF-nın Mərkəz Yürütmə Kurulu başqanı Ataxan İli Azərbaycan Muaytay-tayboks Federasiyasının qonağı olub, keçiriləcək çempionat barədə ilkin danışıqlar aparıblar. Digər türk dövlətləri muaytay federasiyaları ilə də razılaşma əldə edildikdən sonra təkliflər paketi türk dövlətlərinin idman nazirliklərinə təqdim olunacaq.

TMF-dən verilən son məlumata əsasən, Türkiyə Gənclər və İdman Nazirliyi Türk Dövlətləri Muaytay Çempionatının 6-10 sentyabr 2024-cü il tarixlərinə təyin edilməsini təsdiq edib.

Teqlər: