Türk Dövlətləri Təşkilatının Zirvə görüşü nə vaxt olacaq?

Türk Dövlətləri Təşkilatının Zirvə görüşü nə vaxt olacaq?

Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünün tarixi müəyyənləşib.

AzerTimes xəbər verir ki, bu barədə Report-a açıqlamasında TDT Baş katibinin Türkiyədən olan müavini Ömər Kocaman məlumat verib.

Onun sözlərinə görə, rəsmi Zirvə görüşü 2025-ci il oktyabrın 6-7-də Bakıda keçiriləcək.

Xatırladaq ki, cari ildə TDT-nin rəsmi və qeyri-rəsmi olmaqla iki Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Qeyri-rəsmi sammit mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib.

Teqlər: