Türk Dövlətləri Təşkilatının XİN rəhbərləri Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər

Yanvarın 11-də Türk Dövlətləri Təşkilatının XİN rəhbərlərinin təxili iclası keçiriləcək.

AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, iclasda xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər.


Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edirlər.

Teqlər: