Türk Dövlətləri Təşkilatının turizm üzrə yol xəritəsi qəbul ediləcək

Şamaxı. Trend:

Şamaxıda Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci
görüşü keçirilir.

AzerTimes-ın məlumatına görə,
görüşdə “Türk Dünyası Turizm Paytaxtı təşəbbüsü” ilə bağlı
qaydaların təsdiq edilməsi və “Türk Dövlətləri Təşkilatının Turizm
üzrə Yol Xəritəsi” sənədi qəbul edilməsi planlaşdırılır.

Tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif sahələrdə, o
cümlədən qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm məhsullarının
yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər üzrə
müzakirələr aparılır.

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə
təşkilatın Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş Nazirinin
müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin
mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın
mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev,
Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan
İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik
Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor
Sederkenyi iştirak ediblər. Türkmənistan mədəniyyət nazirinin
müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.

Teqlər: