Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev vəQazaxıstanın xarici işlər naziri vəzifəsini icra edən Muxtar Tleuberdi arasında telefon danışığı olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Təşkilatın mətbuat xidmətindən bildiriblər.
Baş katib və xarici işlər naziri Qazaxıstan hakimiyyətinin ölkədə sabitliyi və tam nəzarəti bərpa etmək üzrə səylərini müzakirə ediblər.
Baş katib bununla bağlı Qazaxıstan hökumətinin həyata keçirdiyi tədbirlərə Türk Dövlətləri Təşkilatının qəti dəstəyini təsdiqləyib və Türk dövlətlərinin hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib.