Türk Dövlətləri Coğrafiya Şurası yaradıldı

Türk Dövlətləri Coğrafiya Şurası yaradıldı

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin xalqları arasında əməkdaşlığı inkişaf etdirmək üçün Türk Dövlətləri Coğrafiya Şurası yaradılıb.

AzerTimes xəbər verir ki, bu barədə TDT-dən məlumat verilib.

Qeyd olunub ki, Daşkənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstan Coğrafiya Birlikləri rəhbərlərinin birinci iclası keçirilib.

İclasda TDT-nin “Türkiyə Baxışı-2040” məqsədlərinə uyğun olaraq, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın və əlaqələrin təkmilləşdirilməsinə yönəlmiş bir mexanizm olan Türk Dövlətləri Coğrafiya Şurasının yaradılmasına dair saziş imzalanıb.

Bildirilib ki, yeni yaradılan şura türk coğrafiyasının zəngin, təbii və mədəni irsini təbliğ etməklə insanlar arasında əlaqələrin dərinləşdirilməsi, elm, təhsil və innovasiyalar sahələrində bilik və təcrübə mübadiləsi, turizm əməkdaşlığının təşviqi üçün mühüm platforma rolunu oynayacaq.

İclasda tərəflər Özbəkistan Coğrafiya İnstitutunun prezidenti Oybek Norinbayevi Türkiyə Dövlətləri Coğrafiya Şurasının sədri seçiblər və Şuranın qarşıdakı dövr üçün əhatəli fəaliyyət planını müzakirə ediblər.

Teqlər: