Türk dövlətində yeni qadağa: Bunu deyənlər ölkəyə buraxılmayacaq

Türk dövlətində yeni qadağa: Bunu deyənlər ölkəyə buraxılmayacaq

Özbəkistan parlamenti bu dövlət və xalqı haqqında uyğunsuz danışan əcnəbilərin ölkəyə girişinə qadağa qoyan qanun layihəsini qəbul edib.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Əcnəbilərin statusu haqqında qanun”a düzəliş olunub.

Dəyişikliyə əsasən, xalqın ləyaqətini alçaldan və Özbəkistan haqqında nalayiq ifadələr işlədən şəxslərin 5 il ərzində ölkəyə girişinə qadağa qoyulacaq. Həmin şəxslər ölkəyə daxil olduqları zaman “arzuolunmaz şəxs” elan edilərək deportasiya olunacaqlar.

Məluamat görə, Özbəkistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd çıxışlar edən, habelə dövlətlər arasında sosial, milli və dini düşmənçiliyə səbəb olan, şərəf, ləyaqət və ya tarixi alçaldan çıxışlar edən xarici ölkə vətəndaşlarının siyahısı tərtib olunacaq. Bu şəxslər ölkəyə buraxılmamaqla yanaşı, Özbəkistanda hesab aça və pul transferi həyata keçirə də bilməyəcəklər.

Lakin həmin şəxslər bu addımları əsaslandırıb səbəbini ortadan qaldıqdan sonra adlarının siyahıdan silinəcəyi açıqlanıb.

Teqlər: