Türk diplomatı qətlə yetirmiş terrorçu məhv edildi

Türk diplomatı qətlə yetirmiş terrorçu məhv edildi

İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı “Renas Derik” kod adlı PKK-çı Cəmil Akar Milli İstehbarat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək, Cəmil Akar 2014-cü ilin sonlarında qanunsuz şəkildə Türkiyədən Suriyaya keçib və terror təşkilatına qoşulub. O, PKK/KCK-nın “xüsusi qüvvələr” adlanan strukturunda fəaliyyət göstərib. 2017-ci ildə Mahmurda kəşfiyyat təlimi keçib. Ərbil hücumundan əvvəl o, digər cinayət iştirakçıları ilə görüşmək və aksiyanı planlaşdırmaq üçün kənddən Mahmur düşərgəsinə gedib.

Xatırladaq ki, 2019-cu ilin iyulun 17-də türkiyəli diplomat Osman Köse İraqın Ərbil şəhərində restoranda terrorçuların hücumuna uğrayaraq şəhid olub.

Teqlər: