Türkiyə bayrağının təhqir edilməsi hadisəsi ilə bağlı Ankara Cümhuriyyət Prokurorluğu istintaqa başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.
O bildirib ki, sosial media platformalarında Türkiyə bayrağının təhqir edilməsi ilə bağlı görüntülər paylaşılmaqdadır.
Qeyd edək ki, Suriyanın şimalında bir qrup provakator Türkiyə bayraqlarını cıraraq yandırıb.