Fransa həvəskar liqasında türklərə məxsus “Turkuaz” klubu ilə ermənilərə məxsus “Homenetmen” klubu arasında Valans şəhərində keçirilən oyunda dava düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, “Homenetmen” klubu 2-0 öndə olan zaman türk azarkeşlər stadiona daxil olaraq erməni klubunun oyunçularına hücum ediblər.
Bir neçə futbolçu bıçaq yarası alıb.
Polis vəziyyətə müdaxilə edib və oyun dayandırılıb. Bir neçə yaralı futbolçu xəstəxanaya aparılıb.