Rusiyaya Qara dənizdə “Türk axını” və “Mavi axın” qaz kəmərlərini partlatmaq cəhdləri barədə məlumatlar daxil olub.
AzerTimes xəbər verir ki, bunu bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“İndi hamı tələb edir ki, onlara yenidən taxıl ixrac etməyə icazə verək, biz isə bunu qadağan etmirik. Sadəcə olaraq, onları təkcə hərbi gəmilərimizə deyil, həm də mülki gəmilərimizə hücum etmək üçün yerüstü, eləcə də sualtı aparatları işə salmaq məqsədilə istifadə olunan humanitar dəhlizlərdən keçirməyəcəyik. Üstəlik, onlar “Türk axını” və “Mavi axın” qaz kəmərlərinin marşrutunda patrulluq edən hərbi gəmilərə hücum etməyə cəhd ediblər. Qara dənizin bu hissələrini patrul etməyə başladılar, çünki məlumat var ki, onlar da “Şimal axını”nın partladıldığı kimi partladıla bilərlər”, – o bildirib.