Türkiyədə bu yay istinin rekord qıracağı ehtimalı var.
AzerTimes xəbər verir ki, bu barədə İstanbul Texniki Universitetinin Meteorologiya fakültəsinin professoru Orxan Şən deyib.
“İyul və avqust ayları indikindən daha da isti olacaq. Çox güman ki, rekord qıracaq. Keçən il İstanbulda termometrlər 1938-ci ildəki 40,6 dərəcəni keçərək 41,3 dərəcə göstərmişdi. Bu, son 85 ilin ən isti günü olmuşdu. Bu il böyük ehtimalla 42-43 dərəcə olacaq. Hazır olun”, – professor bildirib.
Onun sözlərinə görə, qlobal istiləşmənin pik həddə çatdığı dövrdə qəfil meteoroloji dəyişikliklərin müşahidə edilməsi normaldır.