Türk adını almaq üçün 80 gün həbsdə yatdı

Türk adını almaq üçün 80 gün həbsdə yatdı

Bir il gərgin mübarizə nəticəsində nəhayət, dünən güneyli milli fəal Murtuza Nurməhəmmədinin azyaşlı övladına Hunay adı ilə doğum haqqında şəhadətnamə verilib.

AzerTimes xəbər verir ki, bu barədə İranın sosial mediası məlumat yayıb.

Ötən il Sufian şəhər Qeydiyyat İdarəsinə çağırıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən və 80 gün zindanda saxlanılan milli fəal Murtuza Nurməhəmmədi aylarla davam edən səylərdən sonra övladı Hunaya şəhadətnamə ala bildiyini açıqlayb.

Qeyd edək ki, paylaşımından 10 gün sonra Sufian şəhərinin Qeydiyyat İdarəsinə çağırılan Nurməhəmmədi repressiv qüvvələr tərəfindən tutulub. O, 2023-cü il dekabrın 7-də zaminə buraxılıb.

Teqlər: