Turistlərin sevimli məkanı İçərişəhərdən FOTOREPORTAJ

Xəbər - Fərid Zöhrabov -Trend:

İçərişəhər – xalq arasında həm də “Qədim şəhər” kimi tanınır.

Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşir. Qədim şəhərdə yüzlərlə tarixi abidə var. Qoruğun ərazisində, həmçinin səfirliklər, muzeylər, otellər, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

İçərişəhər Bakının ən gəzməli, görməli yerlərindəndir. Bakıya gələn yerli və xarici turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.


Trend-in fotoqrafı Zaur Mustafayevin İçərişəhərdən lentə aldığı görüntüləri təqdim edirik:

Teqlər: