Turistlər buna görə Bakıya üstünlük verirlər – Ekspert

Turistlər buna görə Bakıya üstünlük verirlər – Ekspert

Azərbaycana gələn turistlərin 82,5 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara – rayonlara gedirlər.

AzerTimes xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib.

O bildirib ki, bölgələr xarici turist cəlb etməkdə paytaxt otellərinə uduzurlar:

“Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, bölgələr turizm potensialını hələ də tam təqdim edə bilmirlər. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərində qiymətlərin yüksək olması, keyfiyyətdə isə paytaxtdan geri qalması xarici turist cəlbinə təsir göstərir”.

O bildirib ki, 2024-cü ilin birinci yarısında otellərdə gecələmələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1 milyon 852 min olub:

“Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (otellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq, 1 miyon 81 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 14,6 faizi, 7,8 faizi Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbəkistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.

Teqlər: