Turçak: Mariupol yenidən qurulacaq

Turçak: Mariupol yenidən qurulacaq

Mariupol mütləq yenidən qurulacaq, yeni şəhər olacaq, hətta əvvəlkindən də yaxşı olacaq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak deyib.

“Biz uzun müddətdir ki, buna doğru irəliləyirik. Və bu gün, nəhayət, deyə bilərik ki, Mariupol kimi əhəmiyyətli liman öz doğma yerinə qayıdıb. Şəhərdə fəal şəkildə bərpa işləri aparılır. Liman infrastrukturu isə burada son dərəcə vacibdir. Qarşıda çox iş var. Amma biz əminik ki, öhdəsindən gələcəyik. Biz şəhəri yenidən quracağıq. Və bu, yeni Mariupol olacaq. Hətta əvvəlkindən də yaxşı”, – o bildirib.

Teqlər: