“Turan” “Səbail”i məğlub edə bilmədi

“Turan” “Səbail”i məğlub edə bilmədi

Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

AzerTimes xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Səbail”i sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Bu nəticədən sonra xallarını xallarını 36-ya çatdıran “Turan Tovuz” 3-cü pilləyə yüksəlib. “Səbail” isə 16 xalla sonuncu, yəni 10-cu pillədə qərarlaşıb.

Günün digər görüşündə “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Matçın start fiti saat 18:30-da səslənəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı 3:2, “Neftçi” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 2-də “Zirə” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.

Teqlər: