“Turan” öz meydanında “Sabah”ı məğlub etdi

“Turan” öz meydanında “Sabah”ı məğlub etdi

Misli Premyer Liqasında növbəti qarşılaşma baş tutub.

AzerTimes xəbər verir ki, XXX tur çərçivəsində “Turan Tovuz” öz meydanında “Sabah”ı qəbul edib.

Qarşılaşma meydan sahibinin qələbəsi ilə başa çatıb – 2:1.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran “Turan Tovuz” dördüncü pillədəki mövqeyini qoruyub. “Sabah” 36 xalla beşinci yerdədir.

Günün saat 19:15-də start götürəcək matçında “Sumqayıt” “Şamaxı”nı qəbul edəcək.

Qeyd edək ki, ötən gün “Qarabağ” “Səbail”i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.

Teqlər: