Olimpiadada güləş yarışları davam edir.
Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, bu gün Turan Bayramov (74 kq) mübarizəyə start verib.
20 yaşlı güləşçimiz ilk görüşdə ukraynalı Vasili Mixaylova qalib gəlib – 4:2. Həmyerlimiz 1/4 finalda ikiqat dünya çempionu Frank Çamizo (İtaliya) ilə qarşılaşacaq.