Tural Abbaslı seçkilərin vaxtını və namizəd olacağını açıqladı

Tural Abbaslı seçkilərin vaxtını və namizəd olacağını açıqladı

Növbədənkənar prezident seçkilərindən sonra gündəmdə duran əsas məsələlərdən biri də parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlıdır. Konstitusiyaya əsasən noyabrın 3-ü baş tutmalı olan seçkinin vaxtının həmin ay Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbiri ilə əlaqədar dəyişdirilməsi gözlənilir.

AzerTimes xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı Globalinfo.az-a açıqlamasındaseçkilərə hazırlaşdığını bildirib:

O deyib ki, seçkilər noyabrda baş tutmasa, növbədənkənar hesab ediləcək:

“Bunun üçün də parlament üzvləri müəyyən prosedurları həyata keçirməlidirlər. Güman ki, yay aylarında proses baş tutacaq. Aprel ayının ikinci yarısında Milli Məclisin özünü buraxdığını və növbədənkənar seçkilərin başladığını eşidə bilərik.

Namizədlərin müəyyən olunması, namizədlər üçün lazımi imzaların toplanması, təbliğat-təşviqat işlərinin aparılması, bəzi maliyyə məsələləri, şüarlar, vədlər və s. ilə bağlı bir neçə aydır idarə heyətinin hər bir iclasında müzakirələr aparırıq. Seçkilərdə iştirak etmək niyyətindəyik. Ağ Partiya olaraq maksimum dairələri əhatə etməyə çalışacağıq”.

Teqlər: