Tupak Şakurun qətli: 27 il sonra bu şəxs həbs edildi

Tupak Şakurun qətli: 27 il sonra bu şəxs həbs edildi

Las-Veqas prokurorluğu Dueyn Kit Devisi dünyaca məşhur reper Tupak Şakuru öldürməkdə təqsirli bilərək, həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Qeyd edək ki, Tupak Şakurun qətli 27 il əvvəl Las-Veqasda baş verib. 7 sentyabr 1996-cı ildə reperin olduğu avtomobil yaxınlıqda dayanan avtomobildən atəşə tutulub. Qatilin kimliyi naməlum olaraq qalıb. Lakin şahid qismində dindirilən Devis atışma baş verən avtomobildə olduğunu dəfələrlə bildirib.

Devis 1996-cı ildə Las-Veqas cinayətkar dəstələrinin liderlərindən biri olub. O, 2019-cu ildə nəşr olunan xatirələrində reperin yaxın qohumuna hücum etməklə münaqişəni başlatdığını bildirirdi.

Hazırda istintaqın intensivləşməsinə və ittihamının irəli sürülməsinə nəyin səbəb olduğunu açıqlamayıblar. İyul ayında Devisin evində axtarış aparılıb və müxtəlif elektronika ələ keçirilib.

Teqlər: