Xalq artisti Tünzalə Ağayeva Zəfərimizlə bağlı yazılan şeirə mahnı bəstələyib.
AzerTimes xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat paylaşıb.
“Təxminən bir il öncə Tünzalə xanımın xahişilə dostum İmdat Avşarla birgə Zəfərimizə aid şeir yazdıq. Sən demə, Tünzalə xanım bu şeirə əzəmətli bir musiqi bəstələyib və dünən Türkiyədə Zəfərimizə həsr olunmuş möhtəşəm bir tədbirdə ilk dəfə ifa edib.
Yəqin bugünlərdə mahnının tam versiyasını, daha sonra klipini də əldə edəcəyik. İndilikdə isə bu qısa fraqmentlə kifayətlənirik! Əziz Tünzalə xanıma təşəkkürlər! Bu möhtəşəm Zəfəri bizə yaşadanlara sonsuz ehtiram və dərin hörmət əbədidir!”, – Məcid bildirib.